“Fukusima-1” AES-in yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib

“Fukusima-1” AES-in yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib

Noyabrın 27-də gecə Yaponiyanın qəzalı vəziyyətdə olan "Fukusima-1" Atom Elektrik Stansiyasının (AES) yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri Miyaqi prefekturasında, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.

Milli Meterologiya İdarəsi sunami təhlükəsi barədə xəbərdarlıq etməyib. Dağıntılar və həlak olanlar barədə məlumat verilmir.

"Fukusima-1" AES-in yerləşdiyi rayonda qüvvətli yeraltı təkanlar hiss olunub. AES-in operatoru "Токyo elektrik power" (ТEPKО) şirkətindən verilmiş məlumata əsasən, zəlzələ stansiyada heç bir dağıntı törətməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə