Rusiya və Belarusiya hökumətləri arasında noyabr ayının 25-də 2012-2014-cü illər üçün nəzərdə tutulan qaz haqqında saziş imzalanıb. SİA-nın xəbərinə görə, bundan əlavə, Rusiyanın "Qazprom" şirkəti Belarusiyanın ümumi dəyəri 2,5 milyard dollar olan "Beltransqaz" şirkətinə məxsus səhmlərin növbəti 50 faizini də alıb. Şirkət səhmlərinin digər 50 faizini "Qazprom" hələ 2000-ci ildə əldə etmişdi.
Sazişdə qeyd olunur ki, rəsmi Minsk 2012-ci ildə Rusiyadan aldığı min kubmetr qaz üçün 165,6 ABŞ dolları ödəyəcək və növbəti 2013-2014-cü illərdə isə qiymət ölkədəki inflyasiyaya əsasən müəyyənləşəcəkdir.
Qeyd edək ki, Belorusiya hazırda Rusiyadan aldığı hər min kubmetr qaz üçün 244 ABŞ dolları ödəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB