Qəddafinin oğlunun barmaqlarını kim kəsib?

Qəddafinin oğlunun barmaqlarını kim kəsib?
Ötən gün Liviyada polkovnik Müəmmar Qəddafinin oğlu Seyf-Əl İslamın müalicəsini həyata keçirən xarici həkim mətbuata müsahibə verib. Ukraynadan olan həkim Zintan şəhərində saxlanılan Seyfin beynəlxalq mətbuatda böyük söz-söhbət doğurmuş barmaq yaraları məsələsinə də aydınlıq gətirib. Ukraynalı həkim Andrey Morokovski 3 gün əvvəl Seyfin əlindəki sarğını açıb, yaralı barmaqlarını müayinə etdikdən sonra, yaraların ən azı 1 ay əvvəl yarandığını təsdiqləyərəq, mətbuata yayılmış "Seyfin barmaqlarının inqilab döyüşçüləri tərəfindən işgəncə yolu ilə kəsilməsi" iddialarını qəti şəkildə rədd edib:

"Düzdür onun barmaqlarını kəsilmiş vəziyyətdə aşkar etdim. Ancaq bu kəsiklər iti bıçaq və ya digər oxşar soyuq alətlə edilmiş kəsik yaraları deyil. Barmaqların partlayışdan belə vəziyyətə düşdüyünü hesab edirəm".

Qeyd edək ki, bir vaxtlar ölkəsində islahatların atası kimi rəğbət qazanan Seyf- Əl İslam Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Liviyada Ərəb Baharının ilk günlərində insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunur. Qurum onun ekstradisiyasını tələb etsə də, Liviya hökuməti onun öz ölkəsində mühakimə olunacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə