Dmitri Medvedev ABŞ-ı təhdid etdi

Dmitri Medvedev ABŞ-ı təhdid etdi

ABŞ Avropada raketlərdən müdafiə planları ilə bağlı Rusiyanın narahatlıqlarını nəzərə almasa, Rusiya öz raketlərini Amerikanın şərqi Avropadakı obyektlərinə yönəldəcək. SİA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Dmitri Medvedev deyib. O, bildirib ki, Birləşmiş Ştatlarla raketlərdən müdafiə qalxanının yaradılması ilə bağlı razılıq əldə edilməsə, Rusiya ölkənin cənub və qərb bölgələrində uzun mənzilli raketlər yerləşdirəcək: "İki ölkə arasında razılıq əldə edilməsə, Moskva Vaşinqtonla yeni START müqaviləsi və silahlara nəzarətə dair başqa müqavilələrdən çıxmaq məsələsini nəzərdən keçirəcək. Mən həmçinin Kalininqrad şəhərində raket hücumundan xəbərdarlıq sisteminin yaradılması haqda göstəriş vermişəm".

Ağ Ev Rusiya prezidentinin bəyanatına cavab verərək, ABŞ-ın raketlərdən müdafiə qalxanının yaradılması planlarından geri çəkilməyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə