Taliban yaraqlıları Əfqanıstandakı beynəlxalq qüvvələrə ərzaq aparan konvoya hücum edərək ən azı 7 yerli mühafizəçini qətlə yetiriblər. SİA-nın "The Associated Press"ə istinadən verdiyi məlumatına görə, bunu Fərah vilayətinin qübernatorunun sözçüsü deyib. O, qeyd edib ki, yaraqlılar bu keçirdikləri reyd zamanı 9 yük maşınını yararsız hala salıblar.
Qarşıdurmaya müdaxilə etmək üçün Əfqanıstan polisi özünü hadisə yerinə çatdırıb. Taliban hücumu məsuliyyətini hələlik öz üzərinə götürməyib, ancaq 10 ilə yaxındır NATO konvoyuna hücum yaraqlıların əsas taktikalarındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB