Yəməndə beş nəfər öldürülüb

Yəməndə beş nəfər öldürülüb

Yəməndə anti-hökumət nümayişçilərinə qarşı zorakılıq aktı nəticəsində beş adam həlak olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxt Sənada baş verən qanlı olay Əli Abdullah Salehin uzun müddət gözlənilən razılığı müxalifətlə birgə imzalamasından sonra baş verib.

Həmin razılığa əsasən Saleh hakimiyyəti vitse-prezident Abid Rəbbo Mənsur Hadiyə ötürür. Razılıq həmçinin Yəməndə erkən seçkilərin keçirilməsinə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə