Yaponiyanın Hönsü adasının cənubunda 4,3 bal gücündə zəlzələ baş verib

Yaponiyanın Hönsü adasının cənubunda 4,3 bal gücündə zəlzələ baş verib
Ötən gecə Yaponiyanın mərkəzi adası Hönsünün cənub hissəsində 4,3 bal gücündə zəlzələ baş verib.
SİA-nın verdiyi məlumata görə, yeraltı təkanların episentri Hirosima prefekturasında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin ocağı yerin üst qatına yaxın olduğuna görə, qüvvətli yeraltı təkanlar 10 prefekturada hiss olunub.
Milli Meteorologiya İdarəsi sunami təhlükəsi barədə xəbərdarlıq etməyib.
Dağıntı və tələfat barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə