Londonda brilyant kəllə nümayiş etdiriləcək

Londonda brilyant kəllə nümayiş etdiriləcək

İngiltərəli rəssam Demiyen Hestrin "Tanrı sevgisi üçün" heykəltəraşlıq nümunəsi Londonda pulsuz nümayiş etdiriləcək.

Xarici KİV-lərə istinadən verilən xəbərə görə, memarlıq incisi kəllə sümüyü formasında hazırlanıb, platin və 8 mindən çox brilyantlarla bəzədilib.

Sənət əsəri 2012-ci ildə Mədəniyyət Olimpiadası çərçivəsində Londonun "Tate Modern" qalereyasında pulsuz nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə