Cənubi Çin dənizində qəza, 9 nəfər itgin düşüb

Cənubi Çin dənizində qəza, 9 nəfər itgin düşüb

Çinin xüsusi inzibati rayonu olan Honkonq sahillərindən 600 km aralıda, Cənubi Çin dənizində gəmi qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Malaziyadan Çinə polad aparan Cənubi Koreyaya məxsus \"Brayt Rubi\" adlı yük gəmisi məlum olmayan səbəbdən qəzaya uğrayıb.

Nəticədə, 21 heyət üzvündən 9-u itkin düşüb, 12 nəfər hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən sudan çıxarılıb. İtkin düşmüş dənizçilərin axtarışları davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə