Rusiyanın qərbində yerləşən Penza vilayətinin inzibati mərkəzi Penza şəhərindən 5 km aralıda yerləşən \"Meqa-Penza\" adlı iri ticarət mərkəzində yanğın hadisəsi qeydə alınıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda yanğının ümumi sahəsi 2500 kv.m təşkil edir. Yanğının yanğınsöndürənlər tərəfindən nəzarətə götürüldüyü bildirilir. Tələfat barədə məlumat verilmir.
Qeyd edək ki, ticarət mərkəzinin ümumi sahəsi 4500 kv.m təşkil edir. Yanğın hadisəsi ilə əlaqədar hələlik heç bir ehtimal irəli sürülməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB