Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Suriya prezidenti Bəşar Əl-Əsədi hakimiyyətdən getməyə səsləyib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan deyib ki, bir zamanlar yaxın müttəfiq olan cənab Əsəd öz xalqı və bölgənin rifahı naminə daha artıq qan tökülməməsi üçün hakimiyyətdən getməlidir.
Öz növbəsində Böyük Britaniyada səfərdə olan Türkiyə prezidenti Abdullah Gül yerli BBC telekanalına müsahibəsində bildirib ki, Suriya prezidenti Bəşər Əsədin öz ölkəsində islahatlar istiqamətində addımlar atmamasına görə artıq ona heç bir etimadı qalmayıb: "Lazımi islahatların həyata keçirilməsinə ehtiyac var. Suriyada dəyişikliklərin edilməsi lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB