Somalinin paytaxtında partlayış baş verib

Somalinin paytaxtında partlayış baş verib
Somalinin paytaxtında partlayış baş verib. Moqadişidə partlayış nəticəsində on nəfərdən artıq adam həlak olub. SİA-nın "Agence France-Presse"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisdən məlumat verilib. Polis əməkdaşı Abid Ömər bildirib ki, həlak olanların hamısı dinc sakinlərdir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə