Misir Ali Hərbi Şurası Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq direktoru Məhəmməd əl-Baradeiyə ölkənin baş naziri postunu təklif edib. SİA-nın "Agence France-Presse"yə istinadən verdiyi xəbərə görə, bu barədə ordu rəhbərliyindən məlumat verilib. Təklif Şuranın Misirin siyasi partiyaları nümayəndələrinin iştirakı ilə bu gün keçirilən iclasında açıqlanıb. Baradei hələlik təkliflə bağlı yekun qərarını açıqlamayıb. Belə ki, o, baş nazir kimi müstəqil fəaliyyət göstərmək üçün kifayət qədər təminat istəyir. Onun tələblərindən biri kabinetinin üzvlərini özü təyin etməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB