Misirdə Hərbi Şuraya qarşı bir neçə gün öncə başalayan mitinqlərdə ölənlərin sayı durmadan artır. SİA-nın "Əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, Hüsnü Mübarəkin təyinartı ilə yaranan Hərbi Şura tamamilə Mübarəkin apardığı siyasəti davam etdirməkdədir.
Xalq Hərbi Şuranı ölkəni yenidən Amerika və İsrailin əlinə verməkdə, eləcə də Misir xalqının istəklərinə məhəl qoymamaqda ittiham edir. Son məlumatlara görə, Misirdə nümayişlər zamanı 37 nümayişçi həyatını itirib. 2000 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu gün yenidən milyonlarla insanın nümayiş keçirməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB