Torpaq Los Anceles şəhərində də ermənilərin ayağının altından qaçır
Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində leysan yağışları nəticəsində torpaq sürüşməsi baş verib. Nəticədə Kaliforniya sahillərinin bir hissəsi qoparaq, okeana düşüb. Sahil xətti boyunca keçən maşın yolunun 300 metrlik bir hissəsi tamamilə dağılıb. Yol bir neçə aydır təmir işləri ilə əlaqədar bağlı olduğundan, torpaq sürüşməsi nəticəsində ölən yaxud xəsarət alan olmayıb. Bu yolda hələ yazda iri çatlar aşkar edilmişdi.
Mütəxəssislər qruntun dağılmasının əsas səbəblərindən biri kimi bu ərazidə son bir neçə on illikdə aparılan fəal tikinti-abadlıq işlərini göstərirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB