Liviyanın müvəqqəti hökumətini 60 yaşlı Əbdülrəhim əl-Kib formalaşdırıb

Liviyanın müvəqqəti hökumətini 60 yaşlı Əbdülrəhim əl-Kib formalaşdırıb

Liviya Milli Keçid Şurası ölkənin müvəqqəti hökumətinin tərkibini təsdiqləyib. Məlumatı "Reuters" agentliyi yayıb. SİA-nın məlumatına görə, Kabinetin formalaşdırılması ilə 60 yaşlı elektrotexnika mütəxəssisi Əbdülrəhim əl-Kib məşğul olub. O, Milli Keçid Şurası tərəfindən oktyabrın 31-də baş nazir təyin edilib.


Liviyanın daxili işlər naziri vəzifəsinə İbrahim Dəbbaşi təyin olunub. O, Liviyanın BMT-dəki daimi nümayəndəsinin müavini idi. Müdafiə naziri vəzifəsi Zintan şəhərindən olan səhra komandiri Üsəma əl-Cuvaliyə tapşırılıb.


Keçmiş neft naziri Əli Tərxuni maliyyə naziri təyin edilib. Onun yerini isə əvvəllər neft sənvyesində çalışan Həsən Ziqləm tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə