Ukraynanın insan hüquqları məsələləri üzrə rəsmi nümayəndəsi keçmiş baş nazir və müxalifət lideri Yuliya Timoşenkonun ciddi sağlıq problemlərindən əziyyət çəkdiyini və həbsxanadan kənarda müalicəyə ehtiyacı olduğunu elan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ombudsman Nina Karpaçeva bu gün həbsxanada xanım Timoşenkonu ziyarət etdiyi zaman onun çarpayıdan qalxa bilmədiyini bildirib. Karpaçevanın sözlərinə görə, 50 yaşlı xanım Timoşenkonun müayinəyə və həbsxana xaricində müalicəyə ehtiyacı var. O əlavə edib ki, xanım Timoşenko müstəntiqlər tərəfindən həbsxana otağında dindirilməməlidir.
Qeyd edək ki, Yuliya Timoşenko baş nazir olduğu müddətdə Rusiya ilə 2009-cu ildə təbii qaza dair müqavilə imzalanan zaman səlahiyyətlərindən sui-istifadə etmək ittihamı ilə keçən ay yeddi il həbs cəzasına məhkum edilmişdi. Keçmiş baş nazir ittihamları dəfələrlə rədd edib və məhkəməni prezident Viktor Yanukoviçin siyasi rəqiblərindən azad olmaq üçün siyasi cəzalandırılma kimi qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB