Qahirədə bir qrup şəxs Təhrir meydanı ilə yanaşı olan Amerika universitetinin damına çıxaraq oradan polislərə atəş açmağa başlayıb. SİA-nın xəbərinə görə, həmin şəxslər tüfənglərlə silahlanıblar. Eyni zamanda meydanın özündə isə polislər və nümayişçilər arasında qarşıdurma davam edir. Polislərə bir neçə min nümayişçi müqavimət göstərir. Artıq bir neçə gündür ki, Qahirədə hakimiyyətin hərbçilərdən mülki şəxslərə verilməsini tələb edən nümayişçilərlə polis arasındakı qarşıdurma səngimir. Ən 35 insanın həlak olduğu bildirilən qarşıdurmada 2 minədək yaralının olduğu qeyd olunur.
Bu arada isə Misir Silahlı qüvvələrinin ali şurası ölkənin müxtəlif siyasi qüvvələrini bu gün müdafiə nazirliyinin binasında keçiriləcək dialoqa dəvət edib. Şura həmçinin ölkədəki qarşıdurmanın səbəblərini aydınlaşdırmaq üçün ədliyyə nazirliyinə komissiya yaratmağı tapşırıb. Dünən gecə isə İsam Şərəfin başçılıq etdiyi hökumət istefa verib. Hərbçilər hələlik hökumətin istefasını qəbul etməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB