BMT-nin ümumi yığıncağında İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul olunub. SİA-nın xəbərinə görə, səsvermədə BMT-nin üzvü olan 192 dövlətdən 177-si iştirak edib. Kanada hökuməti tərəfindən hazırlanmış sənədə 86 ölkə lehinə, 32 ölkə əleyhinə səs verib, 59 ölkə isə bitərəf qalıb. Qətnamədə İranda insan hüquqları sahəsində davam edən və təkrarlanan ciddi pozuntulardan narahatlıq ifadə olunur. Sənəddə döymə və əl-ayaq kəsilməsi də daxil olmaqla zorakılıqlara, çoxsaylı edamlara, azyaşlıların kütləvi edamına, qadınların, etnik azlıqların diskriminasiyasına, yığıncaq və ifadə azadlığı hüququnun pozulmasına, din azadlıqlarının məhdudlaşdırılmasına, saxlanılan və ya həbs edilmiş şəxslərin prosessual təminat hüququna əməl edilməməsinə diqqət yönəldilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB