Dmitriy Medvedev: “2008-ci ildə Qafqazda baş verənlərə biganə qalsaydıq NATO bölgədə genişlənə bilərdi”

Dmitriy Medvedev: “2008-ci ildə Qafqazda baş verənlərə biganə qalsaydıq NATO bölgədə genişlənə bilərdi”

2008-ci ildə Qafqazda baş verən hadisələrə biganə qalsaydıq NATO bölgədə genişlənə bilərdi. SİA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidenti Dmitriy Medvedev Cənub dairəsinin yüksək çinli zabitləri ilə keçirdiyi görüşündə \"Gürcüstan hadisələri\"nə münasibət bildirərkən deyib.

"Əgər 2008-ci ilin yayında biz Cənubi Qafqaz siyasətimizdə azacıq ləngiməyə yol versəydik, indi geosiyasi vəziyyət fərqli olardı. Şimali Atlantika Alyansı öz yerini möhkəmlədərdi", deyə Medvedev bildirib.

Prezident vurğulayıb ki, ölkəsi yad hərbi alyansların Rusiya sərhədi yaxınlığında lövbər salmasına dözməyəcək: "Biz həmin vaxt birbaşa toqquşmadan zamanında yayına bildik, bunu etiraf etmək lazımdır. Amma bizim təhlükəsizliklə bağlı münasibətimiz fərqlidir. Bunu bizim döstlarımız da, düşmənlərimiz də bilməlidir".


Bütün xəbərlər Facebook səhifəmizdə