İran prezidenti Mahmud Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri, İRNA dövlət xəbər agentliyinin icraçı direktoru, "İran" qəzetinin baş redaktoru Əli Əkbər Cavanfikir həbsdən azad olunub. SİA-nın "İRNA"ya istinadən verdiyi məlumatına görə, İran prezidenti Ali Məhkəmənin sədri və baş prokurorla telefon danışığından sonra Tehran Məhkəməsinin Əli Əkbər Cavanfikir barəsində çıxardığı qərarın icrası müvəqqəti dayandırılıb və müşavir həbsdən buraxılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Tehran vilayətinin prokurorunun qərarına əsasən İRNA dövlət xəbər agentliyinin və "İran" qəzetinin ofisində axtarış aparıblar. ETTELAAT əməkdaşları Əli Əkbər Cavanfikirin əl-qolunu qandallayaraq özləri ilə aparıblar.
Tehran Məhkəməsi Əli Əkbər Cavanfikirin bir il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm verib. Məhkəmə onun jurnalist fəaliyyətinə üç il qadağa qoyub. İran prezidentinin müşavirinə qarşı islam dininə və insani dəyərlərə zidd olan şəkil və materialları \"Xatun\" adlı xüsusi buraxılışda çap etmək ittihamı irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB