Dini ayin faciə ilə nəticələndi

Dini ayin faciə ilə nəticələndi

Hindistanın paytaxtı Nyu-Deli şəhərində təxminən, 5 min nəfərin iştirak etdiyi dini mərasim faciə ilə nəticələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qısaqapanma nəticəsində yarandığı ehtimal olunan yanğın 13 nəfərin ölümünə, 33 nəfərin yaralanmasına səbəb olub.

Faciə qurbanlarının sayının artacağı bildirilir. Belə ki, yaralılardan çoxunun vəziyyəti ağır qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə