Misirin paytaxtı Qahirədə gərginlik bu gün də davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nümayişçilərlə xüsusi-təyinatlı dəstələr arasında yeni toqquşmalar baş verib. Etiraz aksiyasının iştirakçıları müvəqqəti olaraq Misiri idarə edən Ali Hərbi Şuradan tezliklə hakimiyyətin seçki yolu ilə seçilmiş hökumətə təhvil verilməsi tarixini açıqlamağı tələb edir. Misirin sabiq prezidenti Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən və 18 gün davam edən etirazların beşiyi olan Təhrir meydanına minlərlə adam toplaşıb. Nümayişçilər təhlükəsizlik qüvvələrini daşa basıblar. Polis etirazçılara qarşı rezin güllələrini və gözyaşardıcı qazı istifadə edib. Polisin odlu silahlardan da istifadə etdiyi bildirilir. Baş verən toqquşmalarda 22 nəfər həlak olub, 2000 nəfər yaralanıb. Bu səhər isə meydandakı hərbçi və polislər nümayişçilərin qurduğu çadırları yandırıblar. Bundan başqa, İsgəndəriyyə şəhərində iki nümayişçinin həlak olduğu bildirilir.
Misirin Səhiyyə nazirliyinin bildirdiyinə əsasən son qarşıdurmada 507 nəfər müxtəlif xəsarətlər alıb. Onlardan fəqət 20 nəfəri polis və bir neçə milli təhlükəsizlik idarəsinin əməkdaşları var. Mübarək rejiminin devrilməsində böyük rol oynayan müxalifət polisin bu hərəkətinə qarşı sərt çıxışlar edib. Misir rəhbərliyi ölkədə yayılan qarışıqlığa baxmayaraq noyabrın 28-də planlaşdırılan seçkinin vaxtını dəyişməyə hazırlaşmadığını bəyan edib. Dövlət televiziyasının səsləndirdiyi bu bəyənatda qeyd olunur ki, ölkədə heç bir siyasi qüvvə seçkiyə təsir göstərə bilməz.
Qeyd edək ki, son aylar ərzində polislə nümayişçilər arasında baş vermiş ən sərt qarşıdurma Qahirənin Təhrir meydanında hakimiyyət hərbçilərdən alınaraq mülki hökümətə verilməsini tələb edən nümayişçilərin oturaq etiraz aksiyasının polis tərəfindən dağıdılmasından sonra başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB