Suriyada 8 nəfər öldürüldü

Suriyada ötən gün rəhbərlik əleyhdarları ilə təhlükəsizlik qüvvələri arasında çıxan qarşıdurmada 8 nəfər həyatını itirib. SİA-nın xəbərinə görə, nümayişlərdə ağır texniki silahlardan istifadə olunaraq çoxlu sayda əməliyyat təşkil olunub. İnqilab komitəsi ölənlərin 5-nin Humus, 2-nin İdlip digərinin isə Hama şəhərində öldürüldüyünü açıqlayıb. Əl Cəzire televiziyası isə son dəqiqə xəbərində ölü sayının 11 olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə