Seyfülislam ədalətli mühakimə olunacaq

Seyfülislam ədalətli mühakimə olunacaq

Liviyanın cənubundakı Sebha şəhəri yaxınlığında tutulan və hələ də Zintan şəhərində nəzarətdə saxlanılan Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafinin ədalətli bir şəkildə mühakimə olunacağı bildirilib. SİA-nın xəbərinə görə, Liviya baş naziri Abdürrahim əl Kib Seyfülislam və əhatəsindəki insanların mühakimə olunmasında beynəlxalq ədalət prinsiplərinin tətbiq olunacağını açıqlayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə