Suriyanın çağırışlara məhəl qoymadığı nəzərə çatdıran Fransa bildirir ki, Əsəd hökumətinə qarşı sanksiyaları gücləndirməyin vaxtı çatıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Fransa xarici işlər naziri Alayn Cup Ankarada mətbuat konfransında daha sərt sanksiyalara və BMT Təhlükəsizlik Şurasının qərnaməsinin qəbuluna çağırıb. O, habelə Təhlükəsizlik Şurasında qətnaməyə qadağa qoyan ölkələrin Suriyadakı vəziyyətin ciddiliyini anlayacaqlarına ümid etdiyi bildirib.
Bu gün Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu da xəbərdarlıq edib ki, Suriya ordusundan dönənlərlə hökumət arasında intensivləşən döyüşlər ölkədə vətəndaş müharibəsinə yol aça bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB