Wall Street etirazları

\"Wall Street-i tut\" adlı hərəkatın ikinci ayını qeyd etmək məqsədilə keçirilən yürüş zamanı Nyu-York polisi 300-dən çox nümayişçini həbs edib. SİA-nın verdiyi xəbərə görə, bu gün səhər polis gözləniləndən kiçik kütlənin şəhərin maliyə rayonuna daxil olmalarının qarşısını ala bilib. Lakin axşama yaxın həmkarlar ittifaqlarının üzvləri Nyu Yorkun Bruklin körpüsündə aksiya keçirən yürüşçülərə qoşulandan sonra kütlənin sayı bir neçə min nəfərə çatıb.

Nümayişin əsasən dinc keçdiyinə baxmayaraq rəsmilər yeddi polis zabitinin nümayişçilərlə toqquşma zamanı xəsarət aldığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə