Çinin cənub rayonlarındakı quşçuluq təsərrüfatlarında mutasiyaya uğramış quş qripi ştammı aşkarlanıb. SİA-nın xəbərinə görə, bu barədə BMT-nin Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaydığı açıqlamada deyilir. Təşkilatın məlumatında bildirib ki, H5N1 virusuna yoluxmuş quş cəmdəklərinin ərzaq bazarlarına çıxarılması vəziyyəti daha da ağırlaşdırır. Mütəxəssislər ölkədə təhlükəli virusun yayılacağından narahatdırlar. Mövcud vəziyyətlə əlaqədar hadisə rayonlarında müvafiq tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB