Beynəlxalq Atom Enerjisi Agentliyi İrana vaxt qoydu

Beynəlxalq Atom Enerjisi Agentliyi İrana vaxt qoydu

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) yaxın gələcəkdə İrana yüksək ranqlı diplomatlardan ibarət missiyanı ezam edəcək. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, missiyaya BAEA-nın baş direktorunun müavini Herman Nakerts rəhbərlik edəcək. Missiyanın İrana səfəri müddətində aparılacaq danışıqların əsas mövzusu bu ölkənin ehtimal olunan nüvə silahı proqramı olacaqdır.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi gizli nüvə silahı proqramlarına dair iddialara İran tərəfindən vaxt itirmədən aydınlıq gətirməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə