Yaponiyada növbəti zəlzələ baş verib

Yaponiyada növbəti zəlzələ baş verib

Ötən gecə Yaponiyanın əsas adası olan Hönsünün mərkəzi hissəsində 4,8 bal gücündə zəlzələ baş verib. SİA-nın verdiyi xəbərə görə, dağıntı və insan tələfatı haqqında məlumat verilmir. Milli Meteorologiya İdarəsi sunami təhlükəsi elan etməyib.

Zələzlənin episentri Fukui prefekturasının ərazisində, ocağı isə 10 kilometr dərinlikdə olub. Yeraltı təkanlar Yaponiyanın 47 prefekturasından 17-də hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə