Bu gün Nyu-York üçün əsl sınaq günü olacaq. SİA-nın məlumatına görə, "Uoll-striti zəbt et!" aksiyasının iştirakçıları hərəkatın 2 aylıq yubileyini qeyd edəcəklər və şəhər həyatını iflic vəziyyətinə salacaqlar. Nümayişçilərin internet saytında yerlədirilmiş qeydə görə, 17 noyabr tarixi üçün 3 əsas tədbir nəzərdə tutulub. Səhər etirazçılar Uoll-striti Nyu-Yorkun əsas maliyyə damarını blok edəcəklər, günorta onlar metro və keçidlərdə məskunlaşacaqlar və insanları hərəkata qoşulmağa çağıracaqlar. Axşam isə Bruklin körpüsü boyu marş təşkil olunacaq.
Həmçinin ABŞ-ın digər şəhərlərində də aksiyaların keçiriliməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB