Ərəb Ölkələri Liqası Suriya hakimiyyətinə nümayişlərin qanlı yolla yatırılmasını dyandırmaq və müşahidəçilərin ölkəyə girişinə icazə verilməsi üçün üç gün vaxt verib. Əgər rəsmi Dəməşq güzəştlərdən istina etsə, iqtisadi sanksiyalarla üzləşə bilər. Bu bəyanatla Liqanın xarici işlər nazirləri çıxış ediblər.
Qeyd edək ki, Ərəb Ölkələri Liqası xarici işlər nazirlərinin görüşü Mərakeşdə keçirilir.
Bir müddət əvvəl Bəşər Əsəd rejimi Ərəb Ölkələri Liqasının məhkumların azadlığa buraxılması, şəhərlərdən təhlükəsizlik qüvvələrinin çıxarılması, hakimiyyət və müxalifət arasında danışıqların başlamasını nəzərdə tutan təkliflərini qəbul etmişdi. Lakin bundan sonra da Suriyada, xüsusilə, müxalifətin daha güclü olduğu Homsda nümayişçilərə qarşı güc tətbiqi davam edir.
BMT-nin məlumatına görə, Suriyada etirazların zorla yatırılması nəticəsində indiyədək 3500-dən çox adam ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB