İspaniyanın Kataloniya regionunda 2-günlük tətil elan edilib. Bu dəfə etiraz edən dövlət xəstəxanalarının həkimləridir. 48 saatlıq tətilə Kataloniyadakı 65 xəstəxanın həkimləri və 427 ilk yardım məntəqəsində işləyən 16 min 500 həkim qoşulub. Buna baxmayaraq, bəzi xəstəxanaların işində elə də ciddi durğunluq yaşanmadığı bildirilir. Barselona şəhərindəki xəstəxanalar tətilə qoşulan həkimlərin sayına görə birinci yerdədir.
Həkimlər İspaniya hökumətinin sərt iqtisadi tədbirləri çərçivəsində səhiyyə sahəsinə ayrılan büdcə xərclərinin azaldılmasına etiraz edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB