Qırğızıstanın dövlət başçısı Roza Otunbayeva yeni seçilmiş Prezidentin andiçmə mərasimi haqqında Fərman imzalayıb.
Rəsmi sənəddə bildirilir ki, Qırğızıstanın Mərkəzi Seçki Komissiyası noyabrın 12-də ölkədə keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrini elan etdikdən sonra bir ay müddətində yeni seçilmiş Prezidentin andiçmə mərasimi keçirilməlidir. Bu sənədə əsasən yeni seçilmiş dövlət başçısının andiçmə mərasimi bu il dekabrın 1-nə təyin edilib.
Roza Otunbayeva bu Fərmanla andiçmə mərasiminin keçirilməsi ilə əlaqədar təşkilat komitəsi də yaratmış və üzvlərini təsdiq edib. Komitəyə Qırğızıstan Prezidenti Aparatının rəhbəri Emilbek Kaptaqayev rəhbərlik edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB