Ermənistan Türkiyəyə göndərdiyi yardımın miqdarını aşıqladı

Ermənistan Türkiyəyə göndərdiyi yardımın miqdarını aşıqladı

Ermənistan Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım üçün 74 milyon dram (təxminən 200 min dollar) vəsait xərcləyib. Bu barədə məlumat Ermənimstan hökumətinin saytında yerləşdirilib. Noyabrın 17-də Nazirlər Kabineti bu vəsaitin hökumətin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinin hesabına köçürülməsi barədə qərar qəbul edəcək.


Qeyd edək ki, oktyabrın 23-də Türkiyənin Van bölgəsində dağıdıcı zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 600 nəfər həlak olub, 4000-dən çox adam xəsarət alıb. Zəlzələdən sonra bir sıra ölkələrlə yanaşı Ermənistan da Türkiyəyə yardım göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə