Fransa və Almaniya: Yunanstanı götürdüyü öhdəliklərə əməl etməlidir

Fransa və Almaniya: Yunanstanı götürdüyü öhdəliklərə əməl etməlidir

Fransa və Almaniya Yunanstanın yeni Baş nazirini böhrandan çıxmaq üçün ölkəsinin qarşına qoyulmuş öhdəliklərə tezliklə əməl etməyə çağırıblar.

Fransa Prezidenti Nikola Sarkozi və Almaniya Kansleri Angela Merkel Yunanstanın istefa vermiş Baş nazirini əvəz etmiş Lucas Papademosu yeni hökuməti formalaşdırdığına görə təbrik etmiş və eyni zamanda oktyabrın 27-də Avropa İttifaqına üzv ölkələrin zirvə toplantısında Yunanstanın götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün ölkə qarşısına qoyulmuş vəzifələrin yerinə yeritilməsi istiqamətində ciddi addımlar atmağın vacibliyini onun diqqətinə çatdırıblar.

Fransa Prezidenti Yunanstanın yeni Baş nazirinə ünvanladığı məktubunda onun ölkəsinin dərin böhrandan çıxması istiqamətində zəruri islahatların həyata keçirilməsində yunan xalqının yaxın dostu Fransa tərəfindən hər cür dəstək göstəriləcəyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə