İsrail Qəzza sektoruna aviazərbə endirib

İsrail Qəzza sektoruna aviazərbə endirib

İsrail Hərbi Hava Qüvvələri bu gecə Qəzza sektoruna aviazərbələr endirib, HƏMAS hərəkatının qarovul postunu dağıdıb. SİA-nın məlumatına görə, hücum nəticəsində Fələstin təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həyatını itirib, daha 4-ü isə yaralanıb. Sektorun iki sakini isə itkin düşüb.

İsrail ordusunun nümayəndələri bəyan ediblər ki, aviazərbə sektor ərazisinidən İsrailə atılan raketə cavab olaraq endirilib. Xatırladaq ki, noyabrın 13-də atılan raket insan olmayan əraziyə düşüb və heç bir itkiylə nəticələnməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə