BMT Təhlükəsizlik Şurasının daimi üzvü Rusyanın ardından digər daimi üzv Çinin də İrana yeni sanksiyalara dəstək verməyəcəyi ortaya çıxıb. ABŞ-ın vəziyyətdən narahat olduğu bir vaxtda İngilis mətbuatı İsrailin 2 ay içində İranı vuracağını iddia edib.
SİA-nın xarici agentliklərə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, Moskvada bir araya gələn Rusiya və Çin diplomatları \"İrana əlavə sanksiyaların tətbiqi istənilən nəticələri verməyəcək" mövzusunda həmfikir olduqlarını ifadə ediblər.
Rusiya Beynəlxalq Atom Enerjisi Təşkilatının (IAEA) İranın nüvə proqramı ilə bağlı hesabatının nəşr olunmasından sonra Tehrana qarşı yeni sanksiyaların qəbul edilməsinə dəstək verməyəcəyini bildirmişdi.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü də Tehranın IAEA-a qarşı səmimi olmasının gərəkli olduğunu ifadə edərək Pekinin İranın nüvə probleminin \"dialoq və əməkdaşlıq\" yolu ilə həll edilməsi istiqamətindəki rəsmi mövqeyini ifadə etmişdi.
İngilislərə görə İsrail, İranı vuracaq ...
İngilis kəşfiyyatının səlahiyyətliləri İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün önləyici tədbirlər görəcəyini, bu məqsədlə cari ilin sonunda və ya gələn il əvvəlində hücuma keçəcəyini iddia edib.
İngiltərənin "Daily Mail" qəzetinin xəbərinə görə, ingilis hökuməti də İsrailin İranın nüvə obyektlərinə qarşı vaxt itirmədən hərəkətə keçməsi fikrində olduğunu təsdiq edib. Xəbərdə İsrailin İranın nüvə obyektlərini vurmaq üçün ABŞ-dan dəstək alacağı da vurğulanıb.
ABŞ çox narahatdır
Ağ Ev Beynəlxalq Atom Enerjisi Təşkilatının (IAEA) İranın nüvə proqramı ilə bağlı hesabatının narahatlıq doğurduğunu etiraf edib. Ağ Evin sözçüsü Jay Carney jurnalistlərə açıqlamasında hesabatın ürəkaçan olmadığını bildirib və Tehran rəhbərliyinə \"mövqeyini dəyişdirməsi üçün təzyiq etməyə davam edəcəklərini\" söyləyib.
Panettadan xəbərdarlıq
ABŞ-ın müdafiə naziri Leon Panetta İrana nüvə proqramını davam etdirəcəyi təqdirdə bölgədə baş verə biləcək hər hansı hərbi əməliyyatların arzuolunmayan nəticələrə yol aça biləcəyi barədə xəbərdarlıq edib.
Panetta mətbuat konfransında hərbi əməliyyatların İranın nüvə proqramını yalnız üç il ləngidə biləcəyini qeyd edib və dünya ictimaiyyətindən İrana qarşı tətbiq olunan sanksiyaları dəstəklənməsini istəyib.
ABŞ-ın müdafiə naziri bildirib ki, "İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatların son çarə olduğunu təkid edəndən sonra biz onun fikri ilə razılaşdıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB