Qəddafi haqqında yeni təfərrüatlar

Qəddafi haqqında yeni təfərrüatlar
Liviyanın öldürülmüş lideri Müəmmər Qəddafinin son günləri haqqında yeni təfərrüatlar üzə çıxmaqda davam edir. Bu təfərrüatlar barədə polkovnikin yaxın ətrafından sayılan Mənsur Day CNN-ə müsahibə verərkən danışıb.

SİA "İTAR-TASS" agentliyinə istinadən xəbər verir ki, o hazırda polkovnikin son dəqiqələri haqqında daha unikal məlumatlara malikdir. Onun bildirdiyinə görə, Qəddafi ömrünün son günlərində doğulduğu Siirtin dağımış məhəllələrində, evlərdə qida qalıqları toplayaraq nahar edirmiş. M.Dayın sözlərinə görə, Qəddafi çox nigaran və ümidsiz görünürdü. "Bəlkə də o qorxduğundan belə edirmiş. Polkovnik Siirtdən 20 km aralıda yerləşən doğma Cərif kəndinə daxil olmaq istəyirdi. Görünür o öz kəndində son saatlarını yaşamaq istəyirmiş", - deyə Day qeyd edib.
M.Dayın sözlərinə görə, Qəddafi Tripolidən Siirtə 18 avqust ayında hərəkət ertməyə başlayıb. O, dörd gün Bəni-Validdə öz oğlu Seyfül-İslamla və gizli xidmətin rəhbəri Abdulla Senussi ilə birlikdə olub.
M.Day deyib: "Bizim həyat 180 dərəcə döndü. Həyat günü-gündən daha da ağırlaşırdı. Siirt müxalifətçilərin hücumlarına məğlub olduqca Qəddafi üç-dörd gündən bir yaşadığı evlərin yerlərini dəyişirdi. Ətrafla əlaqə tamamilə kəsilmişdi. Polkovnik son günlərini çamodanlarda daşıdığı kitabları ilə keçirirdi. O, həm də nə isə qeyd edirdi".
Qəddafinin karvanı isə müxalifətçilərin qısa atəşkəsi zamanı Cərif kəndinə doğru hərəkət edirdi. Karvanda 40 avtomobil mövcud olub. Səhər saat 8 radələrində NATO aviasiyası həmin karvanın birinci maşınını məhv edib. Partlayışdan əmələ gələn güclü dalğa nəticəsində Qəddafinin əyləşdiyi maşının xilasetmə yastığı anidən işə düşüb və onun burnu ilə sinəsi zədə alıb. M.Day bildirib ki, avtomobillərin oradan uzaqlaşması mümkün olmayıb. Belə ki, müxalifətçilər hər tərəfdən oranı güclü avtomat atəşinə tutublar. "Bundan sonra NATO-nun ikinci zərbəsi baş verib. Məhz bu zərbə karvanın bütövlükdə məhv olması ilə nəticələnib. İnsanlar ölüb, yaralandılar. Kimi ayağını, kimi əlini itirmişdi. Bu dəhşət idi. Hər kəs kanalizasiya borularının içində gizlənmək istəyirdi. O cümlədən Qəddafi də. Lakin həmin an mən də kürəyimdən gülə yarası aldım və huşumu itirdim" deyə Day əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə