Narkobaron həbs olunub
Braziliya polisi Rio-de Janyero şəhərinin gecəqondular ərazisində bir narkobaronu həbs edib. SİA "Agence France-Presse"-yə istinadən xəbər verir ki, Nem ləqəbli narkobaronun adı Antonio Bonfim Lopesdir. Polis xəbər verir ki, ondan öncə daha iki nəfər narkobaron həbs olunaraq məhkəməyə göndərilib. Onlar Peyşe və Koelyo ləqəbli narkotik alverçiləridirlər. Onların hər ikisi Lopesin "sağ əli" funksiyasını yerinə yetirirdilər. Braziliya qəzetlərinin yazdığına görə, Lopesin yerinin müəyyənləşdirilməsi üçün Braziliya polisi 3 min dollar mükafat vəd etmişdi. Məh bundan sonra onun gecəqondular məhəlləsinə yaxın ərazidə yerləşən klinikada zəhərlənmədən yatdığı və müalicə aldığı məlum olub.Belə ki, polisin onu tutacağını yəqin edən narkobaron "vida gecəsi" təşkil edib və ekstazini alkoqolla qarışdırıb. Nəticədə zəhərlənərək xəstəxanaya düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə