Almaniyanın iqtidar koalisiyasına daxil olan Xristian -Demokratik İttifaqı Partiyası yeni tələblə çıxış edib. SİA "Lenta ru"-ya istinadən xəbər verir ki, partiya Avroittifaqla bağlı qəbul olunmuş sazişdə dəyişiliklər olunmasını tələb edir. Tələb olunan dəyişikliklərdən biri də ondan ibarətdir ki, borcu olan dövlətlər Avropa İttifaqında qalmaq şərti ilə avrozonadan çıxa bilmək imkanı əldə edə bilərlər. Qeyd edək ki, bu partiyaya rəhbərliyi hazırkı kansler Agela Merkel rəhbərlik edir. "The Financial Times Deutschland" qəzetinin yazdığına görə, bu tələb partiyanın 14 və 15 noyabr tarixlərində Leypsik şəhərində keçiriləcək qurultayında da səsləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB