Londonda təhsil haqqının artırılmasına və ali təhsil sahəsində keçirilən islahatlara etiraz edən tələbələr aksiya keçiriblər. SİA-nın verdiyi məlumata görə, Skotlənd-Yardın məlumatına görə, aksiyada 2 mindən çox tələbə iştirak edib.
Nümayişçilər Londonun mərkəzi "Citi" rayonuna doğru addımlayıb və Trafalqar meydanında çadır qurmağa cəhd göstəriblər. London polisi nümayişlərdə iştirak edən 20 nəfəri saxlayıb.
Tələbələr gələn ildən İngiltərə universitetlərində tətbiq ediləcək illik 9 min funt sterlinqədək təhsil haqqına qarşı etirazlarını bildirirlər. Hər bir universitet 9 min funt sterlinq məbləğində təyin edilmiş həddədək təhsil haqqını özü müəyyən edəcəkdir. Lakin artıq 60 universitet, o cümlədən ən mötəbər təhsil müəssisələri təhsil haqqını maksimum həddədək artırmaq qərarını təsdiq edib.
Britaniya hökuməti bir qədər əvvəl bəyan edib ki, hökumət bir sıra kateqoriyalardan olan vətəndaşlar üçün güzəştləri genişləndirməyi və tələbələr üçün təhsil kreditlərinin verilməsinin asanlaşdırılmasını nəzərdə tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB