604 nəfərin ölüm səbəbi ortaya çıxdı

604 nəfərin ölüm səbəbi ortaya çıxdı

Türkiyənin Nazirlər Kabinetinə, Ətraf mühit və Şəhərsalma Nazirliyi ilə Dövlət Nəzarətetmə Komitəsinə (DDK) Vandakı zəlzələ ilə bağlı göndərilən hesabatda inşaatlarda ciddi laqeydliklərin olduğu vurğulanıb. Yerlə-yeksan olan binaların bir çoxunda tikinti materiallarından əksik istifadə edildiyi bildirilib. SİA-nın \"Zaman\" qəzetinə istinadən verdiyi xəbərə görə, hesabatda ən diqqət çəkən məqam isə beton dirəklərdə dəmir və sement yerinə ponza maddəsindən istifadə edilməsi olub.

Prokurorluğun təlimatı ilə bir həftədən bəri davam edən araşdırmalarda çökən bütün binalardan tək-tək nömrələnərək nümunələr götürülüb. Prokurorluğa nazirliklə yanaşı vaxtilə binaların tikintisində çalışan bəzi texniki işçilər də dəstək verib. 45-ə yaxın insan şübhəli qismində ifadə verib.

Ercişin Vanyolu, Zeylan, Çinarlı, Briqada, Qışla prospektləri başda olmaqla onlarla cansız bədənin çıxarıldığı dağıntılarda aparılan araşdırmalar ciddi laqeydliklərin olduğunu ortaya çıxarıb. Prokurorluğun hazırladığı və dövlət rəhbərliyinə göndərdiyi ilk hesabatda əvvəlcə binaların inşasında edilən səhvlərə və laqeydliklərə diqqət çəkilib.

Bəzi binaların dağıntısında beton dirəklərin fotoşəkilləri də hesabata əlavə olunub. Hesabatdakı fotoşəkillərdə tikintidəki laqeydliklər açıqca görülür. Dirəklərdə beton yerinə briketin olması, istifadə edilməməsi lazım olan dəmirin istifadə edildiyi, ya da qalın yerinə incə dəmirlərin istifadə edildiyi vurğulanıb. Hesabatda ayrıca başda Alkanat prospektindəki binalar olmaq üzrə bir çox tikililərin bir-birinə çox yaxın məsafədə inşa edildiyini və bunun bəzi möhkəm tikildiyi ehtimal olunan binalara da zərər verdiyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə