Berluskoni öz postunu tərk edəcəyi vaxtı açıqladı

Berluskoni öz postunu tərk edəcəyi vaxtı açıqladı

İtaliyanın baş naziri Silvio Berluskoni parlamentin iqtisadi islahatlar planını təsdiqlədikdən sonra istefaya gedəcəyini bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, islahatlar məsələsi ilə bağlı səsvermə artıq İtaliya parlamentinin hər iki palatasında bu ay müzakirə edilməlidir.


"Mən dövlət büdcəsinin yeni planı təsdiqləndikdən sonra istefaya gedəcəm. Bu planda Avroqrup tərəfindən tələb edilən bütün düzəlişlər var",- deyə Berluskoni "Canale 5"-ə açıqlamasında deyib.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin liderləri İtaliyadan dövlət borcunu azalda biləcək və dövlət iqtisadiyyatını stimullaşdıracaq bəzi iqtisadi tədbirlər görməsini tələb edirlər.

Baş nazirin öz postunu tərk etməsi məlumatını bundan bir qədər əvvəl İtaliya prezidenti Corco Napolitano bəyan etmişdi. Berluskoninin istefasından sonra Napolitano yeni hökumətin yaradılması ilə bağlı məsləhətləşmələr aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə