Yeni baş nazir seçildi

Yunanıstanda baş nazir Yorqo Papandreu və ana müxalifət Yeni Demokratiya Partiyasının (ND) lideri Andonis Samarasın müvəqqəti milli birlik hökumətində kimin baş nazir olacağı mövzusunda razılığa gəldikləri bildirilib. Yeni baş nazir Lukas Papadimos olacaq.

SİA-nın xəbərinə görə, Yunanıstan dövlət televiziyası iki böyük partiyanın dəstəyi ilə yaradılacaq yeni hökumətin başına Lukas Papadimosun keçəcəyi mövzusunda Papandreu və Samarasın arasında razılaşma əldə olunduğu xəbərini yayıb.

Dövlət televiziyası xəbərində tərəflər arasında yeni hökumətin yaradılması ilə əlaqədar son detalların müzakirə olunduğu danışıqların yekunlaşmaq üzrə olduğunu bildirib.

Lukas Papadimos kimdir?

Yunanıstanın avro ölkələrində iştirakında önəmli rol oynamaqla tanınan Lukas Papadimos 1947-ci ildə Afinada doğulub. Massaçusetts Texnologiya İnstitutunun (MIT) fizika və iqtisadiyyat fakültəsinin bitirən Papadimos Kolumbiya Universitetində təhsilin davam etdirib. 8 il Yunanıstan Bankının idarə heyətinin sədri vəzifəsində çalışan Papadimos daha sonra Avropa Mərkəz Bankının sədrinin müavini olub.

Afina Akademiyasının zadəgan üzvü olan Papadimos 2010-cu ildən Papandreunun məsləhətçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə