Finlandiyanın Müdafiə Nazirliyi iddia edir ki, Rusiyanın hərbi təyyarəsi bu ölkənin hava məkanını pozub. Nazirliyin məlumatına görə, hadisə ötən gün yerli vaxtla saat 14.00-da (Bakı vaxtı ilə saat 16.00) Fin körfəzinin şərq hissəsində baş verib.
Finlandiya tərəfi bildirib ki, Rusiyaya məxsus olduğu güman edilən "Antonov" tipli təyyarə bu ölkənin hava məkanında 5 dəqiqə uçub.
Finlandiyanın Müdafiə Nazirliyi iddia edir ki, bu, 2011-ci ildə baş vermiş sayca dördüncü insidentdir. Bu il ərzində ABŞ-ın iki, İsveçin isə bir təyyarəsi Finlandiyanın hava sərhəllərini pozub.
Sərhəd departamenti Rusiya təyyyarəsi ilə bağlı faktı araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB