Liberiyada aparıcı müxalifət partiyalarından biri - Konqres partiyasının təşkil etdiyi mitinqdə silahlı qarşıdurma olub. Qarşıdurmada azı 40 nəfərin öldüyü, bir çox insanın isə yaralandığı bildirilir. Şahidlərin sözlərinə görə, ölənlər arasında BMT-nin sülhməramlı üzvləri də olub.
Məlumatı Konqres partiyasının paytaxt Monrovia şəhəri üzrə sədr müavini Corc Uea yayıb. O, bildirib ki, polis mitinqdə iştirak edən dinc və silahsız insanlara atəş açıb. Lakin paytaxt polisinin verdiyi məlumata görə, ilk atəş nümayişçilər tərəfindən açılıb. Polis tərəfindən açılan atəş isə cavab atəşi olub.
Konqres partiyasının fəalları və tərəfdarları partiyanın qərargahında və qonşu küçələrdə partiya sədri Uinston Tubmanın prezident seçkisi ilə bağlı verdiyi boykot qərarını dəstəkləmək üçün mitinq keçirirmişlər. Partiya sədri prezident seçkisinin ikinci mərhələsində iştrak etməməyi qərara alıb. Onun sözlərinə görə seçkinin nəticəsinin saxtalaşdırılması təhlükəsi böyük olub.
Polis bildirib ki, mitinqin keçirilməsi üçün heç bir rəsmi icazə sənədi olmayıb. Mitinqin başlanğıcında qanun keşikçiləri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə ediblər. Əvəzində isə polislər daş hücumuna məruz qalıblar. Hadisələrin bu cür inkşaf etməsi nəticədə isə atışma baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB