Rusiya prezidenti Dimitri Medvedev Almaniyanın paytaxtı Berlinə səfər edib. SİA-nın xəbərinə görə, Medvedevi Almaniya dövlət başçısı Kristian Wulff qarşılayıb. Daha sonra hər iki prezident arasında görüş olub. Wulff ilə görüşdən sonra Medvedev daha sonra Almaniya baş naziri Anqela Merkel ilə bir araya gəlib. O, Merkellə birlikdə Meklenburq-Vorpommern əyalətindəki Lubmin şəhərinə gedərək Rusiyadan Almaniyaya uzanan 1224 kilometr uzunluğundakı "Nord Stream" adlı təbii qaz boru xəttinin açılış mərasimində iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB