İsrail bu günlərdə yəhudi hərbçi Gilad Şalitin əvəzinə həbsxanadan buraxılmış 84 fələstinlinin Həcc ziyarətinə getməsinə imkan verməyib. SİA-nın RİA \"Novosti\"yə istinadən verdiyi məlumata görə, İsrail polisi İordaniya-Fələstin sərhəddində zəvvarları aparan avtobusu mühasirəyə alıb və onu geri qayıtmağa məcbur edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı kralı Abdulla ben Abdel Əziz bu günlərdə İsrail həbsxanalarından çıxmış fələstinliləri fəxri qonaq qismində Həcc ziyarətinə dəvət etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB