ABŞ Fələstinə yardımı bərpa etdi

ABŞ Fələstinə yardımı bərpa etdi

ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin sədri İleana Roslintenen Fələstinə əvvəllər dondurulmuş 200 milyon dollar məbləğində maliyyə yardımının ayrılmasını bəyənib. SİA-nın xəbərinə görə, xanım Roslintenen Barak Obama administrasiyası və ABŞ İnkişaf Agentliyini məktubla məlumatlandıraraq bildirib ki, artıq Nümayəndələr Palatası Fələstinə iqtisadi ehtiyaclar üçün 50 milyon dollar və digər xərclər üçün 148 milyon dollar verilməsinə mane olmayacaq.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nulendin sözlərinə görə, \"bu xəbər son dərəcə qaneedicidir\", çünki Obama administrasiyası Konqresi Fələstin Muxtariyyətinə yardım göstərilməsinin qanunauyğunluğuna inandırmaq üçün irimiqyaslı kampaniya aparıb.


Bütün xəbərlər Facebook səhifəmizdə